Showing posts with label Ordan-burdan. Show all posts
Showing posts with label Ordan-burdan. Show all posts

BU, ODUR: ÇİNGİZ XAN

Yazar: Məsiağa Məhəmmədi | 7.1.09 | | 0 şərh »


Bəli, şəkildə gördüyünüz 2000-ci ildə YUNESKO tərəfindən bütün dövrlərin ən böyük sərkərdəsi elan olunmuş Çingiz xanın Monqolustandakı heykəlidir. Abidənin açılışı ötən ilin yayında olub, amma hələ tikilib qurtarmamışdan təkcə yerli əhalinin deyil, xarici turistlərin də diqqətini çəkib, onların ziyarətgahına çevrilib.
Dünyanın ən nəhəng abidələrindən biri olan bu heykəlin qoyulması barədə qərar Monqolustan hökuməti tərəfindən 2006-cı ildə – Böyük Monqol dövlətinin yaranmasının 800 illiyi münasibətilə qəbul edilib və onun inşasına 10 milyon dollar vəsait ayrılıb. Həmin ərəfədə bir vaxtlar SSRİ-nin yardımı ilə tikilmiş Ulan-Bator beynəlxalq aeroportuna Çingiz xanın adı verilib. Abidənin qoyulduğu yer də aeroportun yaxınlığında, avtomobil yollarının kəsişməsində – Ulan-Bator şəhərinin 53 kilometrliyindədir.

Hündürlüyü 40 metr olan Çingiz xan abidəsinin qurulmasına iki ildən də artıq vaxt sərf olunub. Heykəlin 10 metr hündürlüklü postamentində restoranlar, kino-teatr və muzey yerləşir. Muzeyin ekspozisiyası 37 monqol xanının həyat və fəaliyyətini əks etdirir…

Davamı

BLOQÇULUQ HƏM DƏ TƏHLÜKƏLİ İŞDİR

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Bu yaxınlarda Mərakeşdə qəribə bir məhkəmə prosesi keçirilib: 29 yaşlı Məhəmməd ər-Raci öz bloqunda yazdığı sözlərə görə iki il həbs cəzasına məhkum olunub və 626 dollar cərimə edilib.
İttihama əsasən, bu gənc «Hespress» adlı saytdakı bloqunda Mərakeş kralı VI Məhəmmədi təhqir edib. O yazıb ki, kral mərakeşliləri ləyaqət hissindən məhrum varlıqlara çevirib və onları hökumətin verdiyi «tulapayı» yardımlar hesabına yaşamağa öyrəşdirib. Məsələn, hökumət vətəndaşlara taksi sürmək üçün lisenziya paylayır və bununla da onlarda işləmək, çalışmaq duyğusunu öldürür.
«Röyters» agentliyinin bildirdiyinə görə, ər-Racinin məhkəməsi cəmi 10 dəqiqə çəkib və müttəhimə özünü müdafiə üçün söz demək imkanı verilməyib.
Qeyd edək ki, kral ailəsinin şəninə toxunan sözlər yazmaq təkcə Mərakeşdə cinayət sayılmır. Məsələn, bir müddət əvvəl Tailandda hakim ailənin ləyaqətini aşağılayan məlumatlar yaymaq ittihamı ilə təqribən 400 (!) saytı bağlayıblar.

Rusiya tarixində bloqçu üzərində ilk məhkəmə prosesi isə bu ilin əvvəllərində olub: Sıktıvkarda tanınmış musiqiçi və bloqçu Savva Terentyevi jurnalist Boris Suranovun «Livejournal»dakı bloquna yazdığı şərhə görə (!) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (hər hansı sosial qrupu – indiki halda milisi – təhqir etmək, yaxud ona qarşı nifrət və düşmənçiliyə təhrik etmək) ilə ittiham ediblər. Bu hadisənin səsi hətta Rusiya Dövlət Dumasına da gedib çıxmışdı.
Məsələnin ciddiliyini Vaşinqton universitetinin əməkdaşları tərəfindən hazırlanmış «World Information Access» adlı məruzə daha aydın göstərir. Həmin məruzəyə əsasən, son beş ildə 64 bloqçu həbs edilmişdir. Onlardan 36-sı 2007-ci ildə tutulmuşdur ki, bu da 2006-cı ildəkindən 3 dəfə çoxdur.
Məruzə müəlliflərinin fikrincə, bloqçuların həbsinin çoxalması internet gündəliklərinin (bloqların) siyasi həyatda rolunun artması ilə əlaqədardır. Onlar qeyd edirlər ki, ən çox həbslər siyasi qeyri-müəyyənlik dövrlərinə, məsələn, seçkilərin, kütləvi etiraz aksiyalarının keçirildiyi dönəmlərə təsadüf edir.
Həbs olunmuş bloqçuların sayına görə Asiya və Yaxın Şərq ölkələri irəlidə gedir. Belə ki, 2007-ci ildə tutlan bloqçuların yarıdan çoxu Çin, Misir və İran vətəndaşlarıdır.
Bununla belə son illər ABŞ, Kanada, İngiltərə, Fransa kimi ölkələrdə də bloqçulaın həbsi halları baş vermişdir. Bloqçuların orta həbs müddəti 15 aydır. Bu sahədə rast gəlinmiş ən uzunmuddətli həbs cəzası isə 8 il olmuşdur.


Davamı

DÜNYADA ƏN UCUZ KOMPÜTERLƏR

Yazar: Məsiağa Məhəmmədi | 21.9.08 | | 0 şərh »

Hindistan Cənub-şərqi Asiya və Amerikanın kütləvi texnoloji məhsullarına bir növ cavab olaraq, dünyada ən ucuz notbuk və stolüstü kompüterləri bazara buraxıb.
Hindlilərin istehsal etdiyi notbukun çəkisi 2.2 kiloqramdır, İntel prosessoru və Windows əməliyyat sistemi ilə dəstəklənir. Onun qiyməti 1500 hind rupisidir. Təklif olunan stolüstü kompüterlər isə 1200 rupiyədir, həmçinin İntel prosessoru və Windows əməliyyat sistemi ilə dəstəklənir.

Bu kompüterlərin istehsalçısı olan “Zenith Computers” şirkətindən bildiriblər ki, həmin məhsullar cari ilin sonuna qədər Hindistan və Çin bazarında kütləvi satışda olacaq.
Qeyd edək ki, hazırda 46 hind rupisi 1 ABŞ dollarına bərabər tutulur. Bu hesabla sözügedən notbukun qiyməti 32.6 dollar, stolüstü kompüterin qiyməti isə 26 dollardır!


Davamı

“OK” SÖZÜ NECƏ YARANIB?

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Təsdiq mənasında işlənən “OK” (o-key) sözü demək olar, beynəlxalq bir kəlməyə çevrilmişdir. Bu işdə, əlbəttə, kompüterin rolu böyük olmuşdur: hər gün bilgisayarda, Allah bilir, neçə dəfə “OK” düyməsini basmalı oluruq. Hələ onu canlı danışıqda, müxtəlif filmlərdə eşitdiyimiz halları demirəm. Və bu sözün çox maraqlı bir yaranma tarixçəsi var:
ABŞ-dakı anbarların birində savadsız bir anbardar varmış. Müdiriyyətin tapşırığına əsasən, o hər gün anbardakı malları yoxlamalı və onların sayı düz olduğu təqdirdə kisələrin üzərinə “All Correct” (“ol kərekt”, yəni “hamısı düzdür”) sözlərini yazmalı idi. Bəzi hərfləri tanıyan anbardar ingilis sözlərinin yazılış və tələffüzündəki fərqlərdən xəbərsiz şəkildə kisələrin üzərinə O.K. yazmağa başlayır.

Anbar müdiri bunun nə demək olduğunu soruşanda isə, “ol kərekt” ifadəsini qısaca, yəni baş hərflərilə yazdığını bildirir. Müdir buna xeyli gülsə də, tapıntı xoşuna gəlir və “OK”-dən istifadə anbarda qayda kimi qəbul olunur. Daha sonra bu söz digər anbarlardakı malların üzərində peyda olur. Tədricən həmin savadsız anbardarın “kəşfi” başqa sahələrə də keçir və get-gedə ümumişlək bir sözə çevrilir.

Davamı

YE, YAT, DANIŞ…

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

Rusiya alimləri insanla bağlı araşdırmalarının nəticəsi olaraq, maraqlı statistik rəqəmlər açıqlayıblar. Orta insan ömrünü 70 il götürən tədqiqatçılar müəyyən ediblər ki, insan bunun 13 ilini danışır, 6 ilini yeyir, 23 ilini isə yatır. Hər bir insan ömrü boyu orta hesabla yüz tonlarla qida qəbul edir. Çəkisi 75-80 kiloqram olan adam həyatı ərzində bundan 1250-1335 dəfə artıq yemək yeyir.

İnsan bir gündə 1000 litr hava tənəffüs edir və ürəyi dəqiqədə 80-100 dəfə vurur. Bu hesabla insanın ürəyi ömrü boyunca 2 milyard 58 milyon dəfə dayanmadan döyünür. Bir ildə isə insan ürəyi bütövlükdə 100 min dəfə vurur.
Yer kürəsindəki insanların 99.9 %-də genetik oxşarlıq mövcuddur. İnsan və şimpanze genlərinin 98.5 %-i eynidir.
Və… dünya əhalisinin 50 %-i ömrü boyu telefondan istifadə etməyib. İstifadəçiləri durmadan artan kompüterə gəldikdə isə, məlum olub ki, dünyada hər 5 saniyədən bir hansısa kompüterə virus düşür…


Davamı

İNTERNETDƏ NEÇƏ SAYT VAR?

Yazar: Məsiağa Məhəmmədi | 30.7.08 | | 0 şərh »

İnternetdəki vebsaytların sayı artıq 1 trilyonu keçib! Bu rəqəmi dünyanın ən böyük axtarış sistemi olan Google özünün məlumatlar bazasına əsasən açıqlayıb.
Qeyd edək ki, Google İnternetdəki vebsaytların sayını ilk dəfə 1998-ci ildə hesablayıb. O zaman saytların ümumi sayı 26 milyondan çox olmayıb. 2000-ci ildə isə bu rəqəm... 1 milyarda çatıb.

O da vurğulanmalıdır ki, göstərilən rəqəm yalnız müxtəlif vebsaytların ünvanlarını əks etdirir. İnternetdəki bütün səhifələrin sayı isə o qədər çoxdur ki, onların dəqiq miqdarını hesablamaq asanlıqla mümkün olmur.
Google onu da bildirib ki, saytların sayının bu cür sıçrayışlı artımı onların siyahılaşdırılması və rütbəsinin müəyyən edilməsi üçün tələb olunan vaxtı da xeyli artırmışdır. Bu şirkətin mütəxəssisləri yaxın gələcəkdə vebsaytların sayının yenidən inanılmaz dərəcədə artacağını da proqnozlaşdırmışlar.


Davamı

"BOYKOT" SÖZÜ VƏ BOYKOT ÖZÜ

Yazar: Məsiağa Məhəmmədi | 9.6.08 | | 0 şərh »

Hər seçki öncəsi siyasətçilərin çıxış və bəyanatlarında, kütləvi informasiya vasitələrində işlənmə tezliyi artan sözlərdən biri də "boykot" kəlməsi olur. Amma çoxları yəqin ki, bu sözün mənşəyini, daha dəqiq desək, bir ingilis zabitinin familiyasından götürüldüyünü və beynəlxalq terminə çevrilməsinin tarixçəsini bilmirlər.
1832-ci ildə anadan olmuş Çarlz Boykot ingilis ordusunda xidmətə girmiş və mayor rütbəsinə qədər yüksəlmişdi. Hələ kapitan olarkən ona tapşırıq verilir ki, İrlandiyadakı bir ərazidən yığılan kənd təsərrüfatı məhsullarından dövlətə çatacaq payın alınmasını təmin etsin. Həmin ərazi ingilis ordusunun köməyilə ələ keçirilmişdi və ordunun mülkiyyəti sayılırdı.

İrland kəndliləri isə ingilis hökumətinə pay verməyi qeyri-qanuni bir iş hesab edirdilər, ona görə qərara aldılar ki, heç bir zorakılığa əl atmadan kapitan Boykota tam etinasızlıq göstərsinlər, onu saya salmasınlar və hətta onunla bir kəlmə belə danışmasınlar.
Kəndlilərin bu təşəbbüsü səmərəli oldu, yəni Boykot ona verilmiş tapşırığı yerinə yetirə bilmədi. O vaxtdan Boykotun familiyası ümumi ismə çevrildi və "boykot" sözü beynəlxalq istilah kimi "zorakılığa əl atmadan təzyiq, sıxışdırma, saymazlıq" anlamında dünya xalqlarının dillərinə daxil oldu.


Davamı

BƏŞƏRİYYƏT BİR DİLDƏ DANIŞACAQ?

Yazar: Məsiağa Məhəmmədi | 4.6.08 | | 0 şərh »

Bir çox dilçilərin dediyinə görə, dünyada baş verən proseslər nəticəsində elə bir gün gəlib çatacaq ki, bütün bəşəriyyət vahid dildə danışacaq. Aparılan tədqiqatlar göstərmişdir ki, ötən bir neçə min il ərzində dünyadakı dil və ləhcələrin sayı kəskin surətdə azalıb və cari yüzillikdə biz xeyli dilin sıradan çıxmasının şahidi olacağıq. Dilçi alimlərin hesablamalarına əsasən, on min il əvvəl Yer kürəsində təqribən 1 milyon nəfər yaşayırdı və onlar 10-15 min dildə danışırdı. Hazırda bu dillərdən yalnız 6-7 mini qalmışdır. Dilçilərin ən nikbin proqnozlarına görə, yaxın bir əsr ərzində mövcud dillərin ən azı dörddə üçü sıradan çıxacaqdır. Bəziləri isə həmin dövrdə dünya dillərinin 90%-nin yox olacağını söyləyirlər. Sıradan çıxmaq təhlükəsi real olan dillər ilk növbədə Afrika, Asiya və Avstraliyadakı milli azlıqların və tayfaların dilləridir.

Dilçilərin fikrincə, müstəmləkəçilik də dillərin məhv olmasına ciddi təsir göstərmişdir. Məsələn, 500 il əvvəl ispaniyalılar Amerika qitəsinə daxil olanda bu qitədə təqribən 2200 dil vardı. Halbuki indi bu dillərin sayı 600-dən azdır və dilçilərin rəyinə görə, bir neçə nəsildən sonra onların 250-si də sıradan çıxacaq. Eləcə də Avstraliyada mövcud olan 200 müxtəlif dildən 135-i məhv olmaq təhlükəsi qarşısındadır.
Alyaska Universitetinin professoru Maykl Kraus apardığı araşdırmalardan sonra bu nəticəyə gəlmişdir ki, dünya dilləri atlasında qeyd olunan dillərdən 300-dən 600-ə qədəri öz varlığını qoruya bilər, qalanları isə məhvə məhkumdur.


Davamı

"ÖLÜM ƏDƏBİYYATI"

Yazar: Məsiağa Məhəmmədi | 4.6.08 | | 0 şərh »

"Sən dodaqlarını tərpədərək bu sözləri deyirsən, ancaq mən onları beynimdən keçirirəm və bu dəm sənin səsin bir az mənim səsimə oxşayır"

Keçmiş zamanlarda, necə deyərlər, "ölüm ədəbiyyatı" da mövcud olmuşdur. Bu ədəbiyyat ölmək "sənətini" öyrədən dərslikləri ehtiva edirdi. Belə ki, o vaxtlar ciddi tərzdə o biri dünyada lazım olacaq davranış formalarını öyrədən müxtəlif kitablar yaranırdı. Qəbir daşlarında azacıq da olsun boş yer qalmazdı: bu daşların üstündəki yazılar bir növ keçmişdə ölənin gələcəkdə ölənə yetirdiyi salam idi…

Bir neçə il öncə Daniel Port adlı bir şəxs epitafiyalardan (qəbirüstü yazılardan) ibarət antologiya çap etdirib. Həmin kitabda epitafiyalar latın dilində və fransızcaya ritmik tərcümədə verilib. Bu mətnlərdən belə bir qənaət hasil olur ki, qəbirüstü yazılar əslində insanın özünü unudulmaqdan sığortalamaq cəhdi idi: "Sən dodaqlarını tərpədərək bu sözləri deyirsən, ancaq mən onları beynimdən keçirirəm və bu dəm sənin səsin bir az mənim səsimə oxşayır". Bu sözlər Müqəddəs Avqustinin qəbri üstündə yazılmışdı.
Epitafiyalar daha çox yoldan ötüb keçənlər üçün yazılırdı, onlar həm də bir tarix, ənənə və fəlsəfə dərsliyi rolunu oynayırdı. Onlardan birində deyildiyi kimi: "Ey xoşbəxtlər, kefiniz istəyən qədər yaşayın! Amma yadınızda saxlayın ki, gec-tez bizimlə görüşəcəksiniz…"


Davamı