MƏŞHUR QƏZƏLXAN VƏFAT EDİB

Yazar: Məsiağa Məhəmmədi | 16.6.08 | | 0 şərh »
Güney Azərbaycanda xalq arasında tanınan və sevilən qəzəl şairi Vəcihulla Ramazani 76 yaşında Ənzəli şəhərində dünyasını dəyişib. Bu barədə xəbər verən informasiya agentlikləri onun türkcə şeirləri sayəsində Türkiyədə və Azərbaycan Respublikasında da şöhrət qazandığını vurğulayırlar. Zəngin ədəbi irsi olsa da, şairin indiyədək "Vəcihin qəzəlləri" və "Sahil görsənir" adlı cəmi iki kitabı nəşr edilib.

Vəcihulla Ramazani 1932-ci ildə Xalxalda anadan olmuş, lakin uşaq yaşlarından Ənzəliyə köçərək bütün ömrünü əsasən bu şəhərdə keçirmişdir. Güclü poetik ilhama malik olan şair öz əsərlərini türkcə (Azərbaycanca) və farsca yazmışdır. O, bir çox böyük şairlərlə, o cümlədən, Məhəmmədhüseyn Şəhriyarla yaxın münasibətlərdə olmuşdur. Akademik təhsili olmasa da, V.Ramazani sosiologiya, psixologiya və tarix sahəsində geniş biliklərə malik idi.
Şairin cənazəsi yaşadığı Ənzəli şəhərində torpağa tapşırılıb.


0 şərh