Yeni kitabım: “ŞƏMS VƏ MÖVLANA”

Yazar: Məsiağa Məhəmmədi | 27.6.10 | | 4 şərh »
Bu günlərdə “Nurlan” nəşriyyatında mənim “Şəms və Mövlana” adlı yeni kitabım çapdan çıxmışdır. Unudulmaz dostum və həmkarım, görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadənin işıqlı xatirəsinə həsr olunmuş bu kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında məqalələrim, eləcə də onların yaradıcılığından tərcümələrim daxil edilmişdir.
Məqalələrdə Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salınmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirilməsinə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhinin verilməsinə çalışılmışdır. Kitabda yer almış və orijinaldan edilmiş tərcümələr Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

Kitabın elmi redaktoru filologiya elmləri namizədi Səadət Şıxıyeva, ön sözün müəllifi filologiya elmləri doktoru Cavanşir Yusiflidir.

4 şərh

  1. mahammad muradov // July 10, 2010 at 1:09 PM  

    tebrik edirem sizi Mesiaqa muellim,bele bir movzuya toxunmaqiniz heqiqiqeten meni chox sevindirdi.

  2. Blues Riders // July 11, 2010 at 8:43 AM  

    passing here giving you a nice visit, Your blog seems nice even I dont know your language. Sharing idea by visiting my site too..

  3. Məsiağa Məhəmmədi // July 13, 2010 at 10:03 AM  

    Təşəkkürlər, Məhəmməd...

  4. Məsiağa Məhəmmədi // July 14, 2010 at 9:21 PM  

    Thank you,dear "Blues Riders".
    I visited your site and find it very useful. Good luck!