“TƏBRİZİN SÖNMƏYƏN GÜNƏŞİ”

Yazar: Məsiağa Məhəmmədi | 4.3.10 | | 2 şərh »
Bir müddət əvvəl Təbrizdə çıxan “Heydərbaba” qəzetində mənim Şəms Təbrizi haqqında məqaləm dərc olunub. “Təbrizin sönməyən Günəşi – Şəms Təbrizi” başlığı ilə təqdim olunmuş yazıda bu dahi şəxsiyyətin həyatı və düşüncələrinin bəzi mühüm məqamları öz əksini tapıb. Məqaləni ərəb əlifbasına Eldar Sarablı çevirib.

“Heydərbaba” qəzeti həftədə bir dəfə fars və türk (Azərbaycan) dillərində nəşr edilir. İri formatda səkkiz səhifədə (ilk və son səhifələri rəngli olmaqla) işıq üzü görən qəzetdə mədəni, ictimai, iqtisadi, siyasi mövzularda yazılar və idmanla bağlı xəbərlər yer alır. Qəzetin mədəniyyət və ədəbiyyat səhifəsi bütünlüklə Azərbaycan türkcəsində nəşr olunur. Səhifənin məsulu tanınmış yazıçı-jurnalist Behruz İmanidir.

2 şərh

  1. Unknown // March 11, 2010 at 8:21 PM  

    سایت فروش آنلاین کتاب و سایر محصولا فرهنگی هنری آذربایجان
    http://yurd.ir

  2. Məsiağa Məhəmmədi // March 11, 2010 at 8:49 PM  

    Hörmətli Əli bəy!
    Saytınızı link etdim.
    Uğurlar!