ƏFŞARLAR YURDU ZƏNCAN

Yazar: Məsiağa Məhəmmədi | 28.10.09 | | 3 şərh »
Bir müddət əvvəl qədim Azərbaycan şəhərlərindən olan Zəncanda onu daha dərindən tanımağa imkan verən dəyərli bir kitab işıq üzü görüb. Söhbət Zəncan universiteti elmi şurasının üzvü doktor Məhəmməd Xaliqi Müqəddəmin “Zəncan - əfşar tayfalarının yurdu” adlı elmi araşdırmasından gedir.
Kitab müasir sosiologiya və etnoqrafiya baxımından Zəncan əhalisinin etnik-mədəni və tarixi kimliyini tanıtmaq məqsədilə qələmə alınmışdır. Əsərdə şəhərin tarixində önəmli rol oynamış görkəmli şəxsiyyətlər, həmçinin buradakı məhəllələr, qədim binalar, məscidlər və s. haqqında qiymətli məlumatlar yer almışdır.

Kitabı oxuyan hər bir kəs Zəncanın tarixi coğrafiyası, şəhərdə və ətraf kəndlərdə yaşayan əhalinin etnik və tayfa mənsubiyyəti barədə geniş elmi bilgilər əldə etmək imkanı qazanır. İndiyə qədər tələbələr və ümumiyyətlə, Zəncanın tarixi və etnoqrafiyası ilə maraqlanan oxucular üçün bu tipli bir mənbənin olmadığını nəzərə alsaq, sözügedən kitabın əhəmiyyəti özlüyündə aydın olar. Üstəlik bu kitab zəngin ədəbiyyat və ilkin məxəzlərə söykənməklə, çağdaş elmi metodologiya əsasında yazılmışdır.
Kitab Zəncan universiteti araşdırma bölümünün dəstəyi ilə nəşr olunmuşdur.


3 şərh

  1. Ülgen Tölge // November 11, 2009 at 2:21 PM  

    "Zəncan" sözü farslaşdırılmış şəklidir. Anlamı da onun tarixi ilə uyqun deyil. "zəncan", yəni arvadbaz və "qadın canlı". Əslində isə "Zəngan" olmuşdur. Fəzlullah Rəşidəddinin "ame-ul təvarix" kitabının orijinalında da "Zəngan" keçər. Zənganın tam yaxınlığında Moğollar zamanında təsis edilmiş daha sonra tərk edilmiş və xərabəyə dönüşmüş Sultaniyə şəhri var. İndi Sultaniyənin qalıqları mövcuddur. Qalları vı divarları. Sultaniyə sultannişin, moğolların üst düzey yetkililərinin oturduğu şəhər idi. Zəngan isə əyanların deyil, zənginlərin orutduğu şəhər idi. Özəlliklə 13, 14 əsrlərdə bu şəkildə olmuşdur. "Zəngan" sözünün "zəngin" kökönli və "zənginlər yurdu" anlamında olduğu tarixi verilərə və tarixi reallıqlara görə daha dörudur. Çünkü indiki Zəngan hər zaman türk yurdu olmuşdur. Farscanı bilməyən bir millət nədən öz şəhərini öz dili ilə deyil, fars dili ilə adlandırmış olsun?

  2. Məsiağa Məhəmmədi // November 11, 2009 at 11:11 PM  

    Xoş gördük, Güntay bəy.
    Tamamilə doğru deyirsiniz, şəhərin ilkin adı "Zəngan" olmuş. Həm də bizim Zəngəzur, Zəngilan və s. kimi toponimlərlə səsləşir və şübhəsiz, əlaqəlidir. Bu mənada "zənginlər yurdu" anlamına, məncə, ehtiyatla yanaşmaq gərək.
    "Zəncan" variantının meydana çıxmasında isə farscanın deyil, ərəb dilinin təsiri olmuş, düşünürəm...
    Təşəkkürlər, fikrinizi bildirdiyiniz üçün...

  3. Ülgen Tölge // November 13, 2009 at 3:29 PM  

    "Zəngal" ta əzəldən bıçağı ilə məşhurdur. İranda istər Güney Azərbaycan olsun, istər Güney Azərbaycanın sınırları dışında olsun yazıb-oxuması olmayan adamlar "Zəngan" bıçağı deyərlər. "Zəncan" bıçağı sözünü heç dumadım. Yəni xalqın tarixi xatirələrində Zəngan" olaraq yaşamaqdadır. Hətta Həmədanın türk kəndlərində də "zəngan" olaraq duydum. "zən" və "can" ikisi də farsca sözlər. Daha sonra pəhləvilər dönəmində "Zəngan" "zəncan"laşdırıldı. Zəngan sözünün Zəngilan, Zəngəzur kimi yurd adlarımızla ilişkisini heç düşünməmişdim. Bunlar da "zəngan" sözünün doğru olduğunu bərkişdirir.